Parklar fərqli normalarla qurulacaq

Azərbaycanda bəzi mədəniyyət və istirahət parklarının tabeçiliyi dəyişdirilib. Bununla yanaşı, müfəssəl plana əsasən, salınacaq parklar həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun yaşıllıqla təmin ediləcək.

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda edilən dəyişikliyə görə, mədəniyyət və istirahət parkları “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" ndan çıxarılıb.

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” ndan çıxarılmış mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

Bununla bağlı “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı” nda dəyişiklik edilib.

Hazırda müfəssəl plan hazırlanarkən bir sıra amillərlə yanaşı, parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədi ilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, həmçinin qəbiristanlıqlar nəzərdə tutulur.

Yeni dəyişikliyə görə isə, müfəssəl plan hazırlanarkən orada yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parkların salınması nəzərdə tutulmalıdır. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR