Xərçəng xəstəliyinin dərmanı tapılıb

Xərçəng hüceyrələrini öldürən dərman kəşf edilib.

Metbuat.az xəbər verir ki, Berghofer Tibbi Araşdırma Mərkəzindən həkim Glenin apardığı araşdırmaya görə, “Blushwood” adlı ağacın meyvəsinin xərçəng hüceyrələrini yox etdiyi ortaya çıxıb. Elm adamları bu meyvədən aldıqları fermentlə xərçəng hüceyrələrini yox etməyi bacarıb.

Hazırda test mərhələsində olan dərmana EBC-46 adı verilib.

Tibbi Mərkəzin internet saytında EBC-46-nın siçanlarda, itlərdə və atlarda test edildiyi, uğurlu nəticələr əldə edildiyi yazılıb. Testlərin nəticəsində, xərçəng xəstəsi heyvanların 70 faizində uğurlu nəticələr əldə edilib, şişin yox edildiyi göstərilib.

Ancaq bu məhsul hələ ki, insanlar üzərində yoxlanılmayıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR