Azərbaycanda filtrsiz siqaret qadağan edilə bilər

Azərbaycanda filtrsiz siqaret qadağan edilə bilər
15:32 14 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir".

Milli.Az Trend-ə istinadəın xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

R.Quliyev bildirib ki, filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3-4 dəfə çoxdur.

Deputat əlavə edib ki, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır:

"Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR