Əsədin yerinə bu şəxs gələcək

Suriyada Əsəd rejimi devriləndən sonra onun yerinə gələcək şəxsin müəyyən olunduğu iddia edilir.

Metbuat.az bildirir ki, Suriyadakı hadisələr gedişatında Fransada sığınacaqla təmin olunmuş keçmiş general Mənaf Tlasın bu vəzifəyə təyin olunacağı gözlənilir. Suriyadakı mətbu orqanlar bunu Donald Trampın ssenarisi olduğunu qeyd ediblər. Deilənə görə, Homs şəhərinə raket zərbələrinin endirilməsi də planın bir hissəsidir. ABŞ ordusunun yaxın vaxt ərzində Suriyadakı daha 3 mövqelərə zərbələr endirməsi diqqətə çatdırılıb. Həmin bölgələrə nəzarət edən Rusiya ordusunun artıq bəzi təhlükəli ərazilərdən çıxdığı deyilir.

Qərb və ABŞ-ın Əsədin yerinə məhz Mənaf Tlası hazırladığını bildirən mənbələr bu yöndə xüsusilə Fransanın rolunu vurğulayıblar.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR