İyunun 3-ü Kardiffdə - Terror təhlükəsi

İyunun 3-ü Kardiffdə -   Terror təhlükəsi
15:37 14 Aprel 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2017-ci il Çempionlar Liqasının final oyunu zamanı “Millenium” stadionunun üstünün bağlanmasının istəyir.

Fanat.Az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu bununla əlaqədar həlledici oyuna ev sahibliyi edəcək Uelsin hakimiyyət orqanlarına müraciət edib.


ÇL-in finalı iyunun 3-də Kardiff şəhərində keçiriləcək.


UEFA rəsmiləri havadan dron (pilotsuz uçan aparat) vasitəsilə terror hücumunun olacağından ehtiyatlanırlar. Bu səbəbdən təhlükəsizlik tədbiri olaraq, onlar matç zamanı “Millenium” arenasının üstü örtülməsini təklif ediblər.


Xatırladaq ki, bu həftənin ikinci günü ÇL-in 1/4 final mərhələsinin “Monako”ya qarşı oyunu öncəsi Dormundda “Borussiya”nın avtobusu yaxınlığında partlayış törədilib. Nəticədə alman klubunun futbolçusu Mark Bartra və bir polis əməkdaşı yaralanıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yunun-3-u-kardiffd-t57599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR