Rayonlarda elektrik enerjisi təchizatı yaxşılaşır - FOTO

Rayonlarda elektrik enerjisi təchizatı yaxşılaşır - FOTO
15:47 14 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şirvan" RETSİ-nin Neftçala və Salyan elektrik şəbəkələrində "Azərişıq"ASC tərəfindən aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində şəhər və rayonlarda elektrik enerjisi təchizatı daha da yaxşılaşır.

"Azərişıq" ASC-dən Milli.Az-a verilən məlumata görə, Salyan EŞ-də 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 528 ədəd yeni beton və dəmir-beton dayaq basdırılmış, 25 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 35,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilib. Aprel ayının sonuna qədər daha 96 ədəd 0,4 kV-luq dayaq basdırılacaq.

Neftçala EŞ-də isə 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 738 ədəd yeni beton və dəmir-beton dayaq basdırılıb, 23 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 24,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilibdir. Aprel ayının sonuna qədər daha 92 ədəd 0,4 kV-luq dayaq basdırılacaq.

Rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunur, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənir, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunur.

Qeyd edək ki, 2017-ci il "Azərişıq" ASC-də  0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilb və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqramının icrasına başlanılıb.  Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərib.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR