Əfqanıstan Prezidenti Azərbaycana gələcək

Əfqanıstan Prezidenti Azərbaycana gələcək
16:17 14 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib.

Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə "Asiyanın ürəyi - İstanbul prosesi" formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək.

Səfir xatırladıb ki, artıq martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası baş tutub:

"Görüş böyük ehtimalla ilin ikinci yarısında keçiriləcək. Tarix dəqiqləşdirilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/535153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR