Kadırov 19 yaşlı qızını dostunun oğluna ərə verir

Kadırov 19 yaşlı qızını dostunun oğluna ərə verir
16:32 14 Aprel 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova ailə qurur.

Mili.Az virtualaz.org-a istinadən bildirir ki, 19 yaşlı Ayşatın ərə getdiyi şəxs özündən bir yaş kiçikdir. O həm də Çeçenistan rəhbərinin dünyasını dəyişmiş dostunun və sinif yoldaşının oğludur.

Gənclər toydan iki həftə əvvəl tanış olublar. Onlar Kadırovun iqamətgahının yaxınlığında yerləşən evdə yaşayacaqlar.

Qeyd edək ki, Kadırovun 12 uşağı var. Ayşat Kadırova "Firdaws" Moda Evinin dizayneridir. Onun müsəlman qadını üçün hazırladığı yaz geyim kolleksiyası əvvəlcə Qroznıda, sonra isə Moskvada təqdim olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR