Azərbaycandan Bodruma birbaşa aviareyslər açılır

Azərbaycandan Bodruma birbaşa aviareyslər açılır
16:37 14 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Summer Tour" və "Coral" turizm şirkətləri Azərbaycandan Bodruma çarter aviareyslər açmaq niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Summer Tour" şirkətinin açdığı çarter reyslər hər gün Azərbaycandan Bodruma yerinə yetiriləcək. "Coral"ın çarter reysləri də Bodruma yerinə yetiriləcək, lakin uçuşlar həftədə iki dəfə baş tutacaq.
 
Hər iki aviareys may ayının əvvəlindən istifadəçilərin xidmətinə veriləcək.
 
Bununla yanaşı, "Summet Tour" gələn ildən etibarən Azərbaycandan Alanyaya birbaşa aviareys açmağı planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/535149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR