"Sənə nifrət edirəm" - Afaq

"Sənə nifrət edirəm" - Afaq
16:42 14 Aprel 2017
327 Şou
Ölkə mətbuatı
A- A+

"İmkanım olsa, onları öldürərəm! Keçən dəfə Ramal İsrafilova dedim ki, sənə nifrət edirəm. Donub qaldı".

Milli.Az bildirir ki, bu sözləri big.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O şou-biznesdə olan durğunluqdan söz açıb:

"Səbəbini soruşdu. Dedim sən və Samir Cavadzadə kimi istedadlı insanlar şou-biznesimizi bu günə qoyur. Siz tənbəlsiniz. Başa düşürəm ki, nələrsə onlarda ruh düşkünlüyü yaradır. Amma belə davam etmək olmaz. Mən verilişi efirə verməyə məcburam, çünki məni tamaşaçı gözləyir. Proqram hazırlamasam, efir boş qalar. Tamaşaçı məni gözlədiyi kimi müğənnini də gözləyir. Onları gözlətmək olmaz. Müğənnilər çalışmalıdır. İstedadlı insanların tənbəllik etməsi incəsənətimizi aşağı çəkir. Hər kəs öz vəzifəsini yerinə yetirməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR