Sumqayıtdan Bakıya gediş çətinləşdi - PROBLEM - FOTO/VİDEO

Sumqayıtdan Bakıya gediş çətinləşdi - PROBLEM - FOTO/VİDEO
16:43 14 Aprel 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından Sumqayıt Avtovağzalında ciddi problem yaranıb. Belə ki, Bakı istiqamətində hərəkət edən marşurutların azlığı nəticəsində yüzlərlə insan paytaxta getməkdə çətinlik çəkib.

Xeberle.com-un əldə etdiyi məlumata görə, elə bu gündən etibarən şəhərlərarası fəaliyyət göstərən kiçik tutumlu fordlar xəttdən çıxarılıb. Nəqliyyat üçün şəhər sakinləri Avtovağzala üz tutublar.

Yaranmış problemlə əlaqədar olaraq sözügedən ərazidə olduq. Sərnişinlərin bildirdiyinə görə artıq neçə saatdır ki, avtobus gözləyirlər. Kimə və hara müraciət edəcəyimizi isə bilmirik. Sumqayıt avtovağzalının rəhbəri Şamil Abbasov bizimlə söhbətdə problemin mövcudluğunu təsdiqləyərək bildirdi ki, bu gün səhər tezdən Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən qanunsuz fəaliyyət göstərən "Ford" markalı mikroavtobuslar saxlanılaraq xəttdən çıxarılıb:

"Bizə verilən tapşırığa əsasən, dövlət nişanı olmayan bu tip nəqliyyat vasitələrinin avtovağzal ərazisinə girişə qadağan olunub. Avtovağzalda isə Bakı istiqamətində cəmi 20 nəqliyyat vasitəsi nəzərdə tutulub. Təbii ki, bu da yetərli deyil. Avtovağzal olaraq bizim funksiyamız Avtobusların qəbulu və onların yola salınmasıdır. Yaranmış problemlə əlaqədar olaraq Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinə müraciət edərək avtobusla təmin edilməyi bildirmişik. Amma hələ ki, problem öz aktuallığını saxlayır. Yaxın günlərdə regional şöbə avtobus ayırmazsa, sərnişinlərin gediş – gəlişində ciddi problemlər olacaq".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/195063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR