Şeyxülislam xristianların Pasxa bayramını təbrik etdi

Şeyxülislam xristianların Pasxa bayramını təbrik etdi
16:44 14 Aprel 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xristian dini rəhbərlərini və Azərbaycandakı xristian icmaların başçılarını qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik edib.

 

QMİ-dən Lent.az-a verilən məlumata görə, Şeyxülislam Xristian aləmində ən önəmli bayramlardan biri olan Pasxa münasibətilə Roma Papası Fransiskə, Moskva və bütün Rusiya Patriarxı Kirillə, Bütün Gürcüstan Patriarx-Katolikosu II İliyaya, Rum Fənər Patriarxı Varfolomeyə, Bütün Belarusiya Minsk və Zaslavsk patriarx ekzarxı Pavelə, Bütün Belarusiyanın fəxri patriarx ekzarxı Mitropolit Filaretə, Kiyev və bütün Ukrayna Mitropoliti Onufriyə, Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandra, eləcə də Vatikan dövlətinin mədəniyyət üzrə Papa Şurasının prezidenti Kardinal Canfranko Ravazziyə, dövlət katibi Kardinal Pyetro Parolinə, Nunsi Arxiyepiskop Marek Solçinskiyə və Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Feketeyə təbrik məktubları ünvanlayıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR