İranın məşhur türk generalı kürdlərlə görüşdü

İranın məşhur türk generalı kürdlərlə görüşdü
16:47 14 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur İran generalı Qasım Süleymani gözlənilmədən İraq Kürd Muxtar Vilayətinə səfər edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, burada Məsud Bərzani və İraqın eks-prezidenti Cəlal Təlabani ilə görüşüb. Görüşdə Süleymani kürd liderləri Bağdadla münasibətləri düzəltməyə və Kərkükdəki bayraq böhranını həll etməyə çağırıb.

Qeyd edək ki, İraq Kürd Muxtar Vilayəti İraqdan ayrılmaq istəyir. Kürdlər müstəqilliklə bağlı referendumu sentyabr ayında keçirəcəklərini söyləyiblər.

Müstəqil kürd dövlətinə qarşı ən sərt mövqeni İran və İraq tutur. Türkiyə isə hələlik sadəcə prosesləri izləmək yolunu seçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR