Maşın oğrusu tutuldu

Maşın oğrusu tutuldu
16:52 14 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda bir neçə gün öncə oğurlanan avtomaşın tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomaşın oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Hələlik adı açıqlanmayan şəxs istintaqa cəlb olunub.
 
Bildirilir ki, Bambaşı kənd sakini Kamalzadə Əlikamil Kamil oğlu polisə müraciət edərək, "VAZ 2106" markalı, 44 BS 379 nömrə nişanlı avtomobilinin aprelin 12-dən 13-ə keçən gecə oğurlandığını göstərib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR