Xoşqədəm uşaqlarını buna görə gizlədir - İLK DƏFƏ AÇIQLADI

Xoşqədəm uşaqlarını buna görə gizlədir - İLK DƏFƏ AÇIQLADI
16:59 14 Aprel 2017
331 Digər
Ölkə mətbuatı
A- A+

 

Aparıcı Xoşqədəm Hidayətqızı övladlarını mediadan gizlətməsinin səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, aparıcı “Bizə danış” verilişində bildirib ki, övladlarının nəzərə gəlməsindən qorxur: “Mənə deyirlər ki, uşaqlarınızın şəkilini niyə paylaşmırsız? Mən nə yalan danışıram, nə də qeyri-səmimiyəm. Açıq deyirəm,  nəzərə inanıram. Ona görə də qorxuram. Uşaqlar mələkdir. O mələklərə sevgidən belə göz dəyə bilər. Təkcə pis nəzər yoxdur ki, sevgidən də insana göz dəyir”. 

 

Qeyd edək ki, X.Hidayətqızının ilk evliliyindən bir, ikinci evliliyindən iki övladı var. Aparıcı hazırda türkiyəli müğənni Doğuşla evlidir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR