Trampın məkanına basqın - FOTO

Trampın məkanına basqın - FOTO
17:03 14 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Müfəttişlər ABŞ prezidenti Donald Trampın Floridada yerləşən şəxsi istirahət məkanı olan Mar-a-Laqoya basqın edib.

Publika.az
xəbər verir ki, yanvar ayının sonlarında bir qrup müfəttiş məkana gələrək, yoxlamalar aparıblar. Mətbəxi yoxlayarkən, bir çox xəstəliklərə yol aça biləcək qidalardan istifadə olunduğu ortaya çıxıb.

Müfəttişlərin hazırladığı hesabatda bildirilir ki, istirahət məkanının mətbəxində ətlər lazımi temperaturda saxlanılmır, bununla yanaşı, personal bir sıra bəsit təlimatları həyata keçirə bilmir.

Amerika mediasının məlumatına görə, Tramp hər həftə sonunu Mar-a-Laqoda keçirir və təmizliyə riayət olunmasına xüsusi diqqət yetirir. Hətta ABŞ prezidentinin əl tutuşmaq kimi salamlamaları belə xoşlamadığı deyilir. Trampın şəxsinə aid istirahət məkanında 200 min dollar ödəyərək, kluba üzv olanların hər biri dincələ bilirlər.

Qeyd edək ki, Tramp Yaponiyanın baş naziri Sinzo Abeni və Çin lideri Si Sinpinqi bu məkanda qonaq edib.

Amerika kəşfiyyatı mıkanın təhlükəsizliyinə xüsusi diqqət yetirir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR