Rusiyadan yenicə gətirilən maşın yandı

Rusiyadan yenicə gətirilən maşın yandı
16:06 7 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyadan yenicə gələn sürücünün Bakıda avtomobili yanıb. ANS TV-nin məlumatına görə, hadisə Xətai rayonu, Babək prospektində baş verib. Həmin vaxt “Hyundai” markalı minik maşını şəhərin mərkəzindən Yeni Günəşli qəsəbəsinə doğru hərəkət edirmiş.

Sürücüsünün sözlərinə görə, avtomobilin mühərrik hissəsindən tüstü qalxdığını əvvəlcə yolla gedən digər sürücülər bildirib. Daha sonra o, nəqliyyat vasitəsini saxlayıb. Problemi aradan qaldırmağa çalışıb. Lakin alınmayıb.

Tez bir zamanda adi tüstü güclü yanğına çevrilib. Avtomobilin mühərrik hissəsindən salonuna doğru irəliləyib. Nəticəsi isə göz qarşısındadır.

Avtomobili bürümüş alovu ilkin müdaxilə ilə söndürmək mümkün olmadığı üçün Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə məlumat verilib.

Əraziyə cəlb olunan yanğınsöndürənlər avtomobilin yalnız arxa hissəsini alovdan xilas edə bilib. Ön hissəsi isə tamamilə yanıb. Sürücünün sayıqlığı nəticəsində hadisə zamanı xəsarət alan olmayıb.

Sürücünün bildirdiyinə görə, avtomobil bir neçə gün olar Rusiya Federasiyasından ölkəmizə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR