Şimali Koreya Silahlı Qüvvələrinin Baş qərargahı ABŞ-ın
hücum edəcəyi halda vuracağı hədəfləri açıqlayıb.
Publika.az xəbər verir ki, Şimali Koreya ABŞ-ın
Yaponiyadakı hərbi bazalarını, Cənubi Koreyanı və Seulda
prezidentin iqamətgahını bombalayacaq.
“Koreya Xalq Demokratik Respublikası “siyasi, iqtisadi və hərbi
təxribat” olacağı təqdirdə, ABŞ-a önləyici zərbələr vuracaq”, -
deyə Baş qərargahın açıqlamasında bildirilir.
Qeyd edək ki, ABŞ-ın Koreya yarımadası sahillərinə hərbi gəmiləri
göndərməsindən sonra gərginlik artıb. Hazırda Amerika donanması ilə
yanaşı, Yaponiya və Cənubi Koreya qüvvələri də bölgədədir. Çinin
isə Şimali Koreya sərhədinə 150 min əsgər yerləşdiyi deyilir. Rəsmi
Pekin müharibə olacağı təqdirdə ola biləcək miqrant axınının
qarşısını almaq və təhlükələri dəf etmək üçün bu addımı atıb.
Şimali Koreya isə hərbi hazırlığını gücləndirib.
Asif