​Bu şəxslər də sosial mənzil ala biləcəklər

Rayon qeydiyyatında olan şəxslər Bakıda inşa edilən sosial mənzillərə sahib ola bilərmi?

Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirdi ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur:

“Rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər. Məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə, o zaman burada heç bir məhdudiyyət olmayacaq. Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq, Bakıda inşa edilən mənzillərə müraciət edə bilər. Xatırladım ki, müraciətlər gələn ayın 1-dən başlayır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR