İkiölçülü materialdan hazırlanan mürəkkəb mikroprosessor təqdim olunub

İkiölçülü materialdan hazırlanan mürəkkəb mikroprosessor təqdim olunub
17:35 14 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Avstriyanın Vyana Universitetinin tədqiqatçıları ikiölçülü materialdan hazırlanan mürəkkəb quruluşlu mikroprosessor icad ediblər. Mikroprosessor kristalı hər birinin qalınlığı 3 atom təşkil etməklə molibden disulfid (MoS2) kimyəvi birləşməsindən hazırlanan 115 tranzistordan ibarətdir. Çipin aktiv qatının qalınlığı 0,6 nanometrə bərabərdir ki, bu da bütün silisium çiplərdən 150 dəfə nazikdir.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, mütəxəssislərin qənaətinə görə, qrafen və molibden materiallarından istifadə böyük perspektivə malikdir. Belə ki, molibden əsasında birləşmələr yarımkeçiricilərdir ki, onlardan da tranzistor və digər elektronika komponentlərinin elementlərini yaratmaq mümkündür. 
 
 
Məlumata görə, 115 tranzistordan ibarət mikroçip xarici yaddaşda saxlanılan yazılmış proqramları yerinə yetirə, məlumatlar üzərində məntiqi hesablamalar apara və nəticələri digər qurğularda göstərə bilir. Mikroprosessorun arxitekturasının miqyasının böyüdülən olmasına görə gələcəkdə məhsuldarlığın artırılması gözlənilir. Enerji sərfiyyatı təxminən 60 mikrovatt, takt tezliyi 2-20 kilohers təşkil edir.

İxtiraçıların sözlərinə görə, qurğu məhsuldarlıq baxımından hazırkı silisium prosessorlarla müqayisə oluna bilməz. "Buna baxmayaraq bu, yeni nəsil elektron qurğuların yaradılması istiqamətində atılmış ilk addımdır. Strukturun ən kiçik elementinin ölçüsü 2 mikrometrə bərabərdir. Gələcəkdə birləşdirici kontaktların keyfiyyətini artırmaqla və tranzistor elementlərinin ölçülərini 1 nanometrədək kiçiltməklə prosessor çiplərinin kəskin sıxlığına və sürətinin artırılmasına nail olmaq mümkün olacaq", - mütəxəssislər bildirib.  

Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47155-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR