Uşağın ölümünə səbəb olan polis İŞDƏN ÇIXARILDI

Uşağın ölümünə səbəb olan polis  İŞDƏN ÇIXARILDI
17:37 14 Aprel 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 12-də Bərdə rayonunda avtomobillə 3 yaşlı uşağı vurub öldürən polis işdən çıxarılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, rayonun Mustafaağalı kəndində idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac İmranzadəni vurub öldürən Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elgiz Əlizadə xidmətdən xaric edilib. Onun törətdiyi əməllə bağlı cinayət işi açılıb.

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. E.Əlizadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR