"AccessBank"da yeni rəhbər

"AccessBank"da yeni rəhbər
17:57 14 Aprel 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

"AccessBank"ın İdarə Heyətinin sədri Mixael Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Rayhardt təyin olunub.

Milli.Az xəbər verir ki, bankdan Trend-ə verilən məlumata görə, doktor R.Rayhardt 2014-cü ildən "AccessBank"da maliyyə üzrə icraçı direktor vəzifəsində çalışıb.

R.Rayhardt təyinatını belə şərh edib: "AccessBank"ın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq, biz hər zaman olduğu kimi, müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik".

"AccessBank"da iş fəaliyyətindən öncə R.Rayhardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.

Qeyd edək ki, "AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "KfW", Almaniyanın "LFS Financial Systems GmbH" konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "AccessBank" tam çeşidli bank xidmətləri təqdim edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR