Roma papası mafiya üzvünün önündə diz çökdü, AYAQLARINI ÖPDÜ və YUDU - FOTO/VİDEO

Roma papası mafiya üzvünün önündə diz çökdü, AYAQLARINI ÖPDÜ və YUDU - FOTO/VİDEO
18:08 14 Aprel 2017
189 Dünya
Ölkə mətbuatı
A- A+

Roma papası Fransisk bazar günü qeyd olunacaq Pasxa Yortusu bayramından öncə 12 məhkumun ayaqlarını yuyub.

Publika.az
xəbər verir ki, Papa Həzrəti İsanın çarmıxa çəkilməmişdən öncəki axşam 12 həvarisinin ayağını yumasını təkrarlayan ayini Roma yaxınlığında Paliano şəhərindəki həbsxanada gerçəkləşdirib.

Papa 3 qadın olan 12 məhkumun önündə diz çökərək, onları ayaqlarını yuyub və hər birini öpüb.

Vatikanın açıqlamasında bildirilir ki, bu məhkumların ikisinin ömürlük həbs cəzası var. Digərlərinin cəzası isə 2019-cu illə 2073-cü il arasındakı müddətdə tamamlanacaq.

Papanın ayağını yuyaraq öpdüyü məhkumlardan biri isə keçmiş mafiya üzvü olub.


Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR