İŞİD ABŞ-a cavab verdi:

"Frans Press" agentliyi İŞİD-in bəyanatını yayımlayıb.

Metbuat.az-ın məlumatına görə, bəyanatda, ABŞ-ın ən böyük qeyri-nüvə mərmisindən istifadə etməsinə baxmayaraq, terror qruplaşmasının itkilərinin olmadığı qeyd olunub.

Xatırladaq ki, Pentaqon cümə axşamı, İŞİD-in Əfqanıstanda məskunlaşdığı ərazilərə ən böyük qeyri-nüvə mərmisi ilə zərbə endirdiklərini açıqlamışdı. 9,5 ton ağırlığındakı mərmilər "MS-130" təyyarəsindən atılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR