Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi

Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi
19:27 14 Aprel 2017
245 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda orta məktəbdə 9 şagird zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, şagirdlərin zəhərlənmələrinin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/535236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR