6 və 65 nömrəli avtobusların istiqamətləri dəyişdirildi

6 və 65 nömrəli avtobusların istiqamətləri dəyişdirildi
19:39 14 Aprel 2017
175 Digər
Ölkə mətbuatı
A- A+

 

Paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılacaq təmir işləri əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xəttləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
 
 
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən 15.04.2017 tarixindən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, AzNeft dairəsi ilə yolunu gedəcək.  Bayıl-Azadlıq prospekti m/s istiqamətinə hərəkət edərkən isə AzNeft meydanı, Niyazi, İstiqlaliyyət, Bünyat Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə AzNeft meydanı, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti,  Landau,  M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.
 
 
65 nömrəli marşrut xətti üzrə isə avtobuslar Şeyx Şamil küçəsindən sol istiqamətdə  İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR