Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi
19:52 14 Aprel 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda körpələr evində yanğın baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/535241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR