Aparıcıdan SƏRT REAKSİYA: "Məni sevmirsə…"

Aparıcıdan SƏRT REAKSİYA: "Məni sevmirsə…"
19:57 14 Aprel 2017
401 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Xəzər televiziyasınını aparıcısı Çiçək Yeniçağ.az-a özü ilə bağlı maraqlı açıqlamalar verib.

Heç vaxt bahalı geyimlərə üstünlük vermədiyini deyən aparıcı ən ucuz paltarının da qiymətini deyib:

"Mənim üçün qarderob çox önəmlidir, amma deyim ki, ən bahalı geyimləri alıram, yalan olar. Hətta bazardan da paltar alıb geyinə bilərəm. 2 manatlıq da nəsə ala bilərəm, 5 manatlıq da... Çox bahalı geyimlərə pul xərcləmirəm. Onu da deyim ki, geyimlərimi anamın zövqü ilə seçirəm. Ümumiyyətlə, zövq məsələsində yalnız anamla məsləhətləşirəm".

Çiçək ikiüzlü insanlardan həmişə qaçdığını deyib:

"Üzümə gülüb, arxamca danışan insanları sevmirəm. Məni sevmirsə, üzümə desin ki, səni sevmirəm. Belələri ilə yalnız "salam-sağ ol" edirəm. Dürüst insanam və ikiüzlülüklə qarşılaşsam, belə insanlarla münasibəti bitirə bilərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR