Bakıda körpələr evində yanğın:

Bakıda körpələr evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Metbuat.az bildirir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas edildi. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR