Şəmkirdə PARTLAYIŞ: Xəsarət alan var

Şəmkirdə PARTLAYIŞ: Xəsarət alan var
20:12 14 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İrmaclı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evdə qaz sobasını yandırdığı zaman partlayış  baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan  birinə yerləşdirib.

Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/535244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR