Putinin sərvəti açıqlandı

Rusiya prezidenti Vladimir Putinin 2016-cı ildə 8 milyon 858 min rubl gəlir əldə etdiyi açıqlanıb.

Metbuat.az bildirir ki, son dövrlər korrupsiya qalmaqalları ilə gündəmdə olan Rusiyanın Baş naziri Dmitri Medvedevin isə keçən il 8 milyon 587 min rubl qazandığı qeyd olunub.

Putinin həmçinin Rusiyada 1500 kvadrat kilometrlik bir ərazisi, iki malikanəsi və üç avtomobilinin olduğu diqqətə çatdırılıb. Medvedev isə 4 min 700 kvadrat kilometrlik əraziyə, bir malikanəyə və bir avtomobilə sahibdir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR