Şabranda evlərə qənim kəsilənlər tutuldu

Şabranda evlərə qənim kəsilənlər tutuldu
20:17 14 Aprel 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Şabran rayonunda üç evdən müxtəlif elektrik avadanlığı oğurlayan şəxslər saxlanılıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, bunlar Siyəzən şəhər sakinləri - 25 yaşlı Toğrul Güləliyev və 27 yaşlı Tehran Gülməmmədovdur. 

Onlar Şabran Rayon Polis Şöbəsində verdikləri ilkin ifadə zamanı əməllərini etiraf edib və bu yola maddi imkansızlıq ucbatından düşdüklərini bildiriblər. 

Bundan başqa, Ramin Bayramova məxsus "Şabran Telekom" mağazasından dəyəri 200 manat olan HTC Desire 526G Dual SIM markalı mobil telefonu oğurlayanın da rayonun Sincanboyad kənd sakini, 37 yaşlı Elşad Bağırovun oğurladığı müəyyənləşib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/535243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR