Yardımlıda güclü külək: Evlərin dam örtükləri uçdu

Yardımlıda güclü külək: Evlərin dam örtükləri uçdu
21:05 14 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından başlayaraq cənub bölgəsinin dağlıq rayonlarında əsən güclü külək Yardımlı rayonunda da ciddi fəsadlar törədib. 

Milli.Az report.az-a istinadən bildirir ki, güclü külək rayon ərazisindəki elektrik dirəklərini aşırıb, evlərin dam örtüklərini uçurub. 

Nəticədə rayon mərkəzinə və kəndlərə elektrik verilişində fasilələr yaranıb, gün ərzində təmir briqadaları qəzaların aradan qaldırılmasına cəlb edilib. 

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xamıyev "Report"a rayon ərazisində elektrik enerjisinin verilişində fasilələrin yarandığını, ancaq bununla belə qəzaların qısa müddət ərzində aradan qaldırıldığını bildirib.

Sakinlər isə rayon mərkəzindən aralıda yerləşən kəndlərə hələ də elektrik enerjisinin bərpa olunmadığını deyiblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR