Rusiya-İran-Suriya zirvəsinə ABŞ müzakirələri damğa vurdu

Rusiya, İran və Suriya xarici işlər nazirləri Moskvada bir araya gəliblər.

Metbuat.az-ın məlumatına görə, daha sonra təşkil olunan mətbuat konfransında çıxış edən Sergey Lavrov görüş zamanı əsasən ABŞ-ın Suriyaya məxsus aviabazanı vurması haqda fikir mübadiləsi apardıqlarını bildirib. Rusiya xarici işlər naziri qeyd edib:

"Beynəlxalq hüquq normalarının pozulması qəbuledilməzdir. Bunlar sülh prosesini gecikdirmək və Suriyadakı rejimi dəyişmək üçün bəhanə yaratmaq məqsədi daşıyır".

Lavrov həmçinin Suriyanın İdlib vilayətində baş verən kimyəvi qətliam barədə də danışıb:

"Detallı, obyektiv və ictimaiyyətə açıq araşdırma aparılmasının tərəfdarıyıq. Bu araşdırmanı Kimyəvi silahların qadağan edilməsi üzrə təşkilatın nəzdində olan ölkə təmsilçilərin iştirakı ilə yaradılacaq komissiyaya tapşırmaq lazımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR