Keçmiş polis işçisi qonşusunu güllələdi - FOTO/VİDEO

Keçmiş polis işçisi qonşusunu güllələdi - FOTO/VİDEO
21:48 14 Aprel 2017
351 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda qətl hadisəsi yaşanıb.
Publika.az xəbər verir ki, rayon sakini, 58 yaşlı Aydın Musa oğlu Musayev qonşusu, 66 yaşlı Hacıyev Nəbi Hacıislam oğlu tərəfindən güllələnərək öldürülüb.
Hadisə Aydın Məmmədov küçəsində, Aydın Musayevin yaşadığı evin qarşısında qeydə alınıb. Hadisənin ağac əkmək üstündə baş verdiyi deyilir. Aydın Musayev kiçik ərazidə ağac əkərkən Nəbi Hacıyev həmin ərazinin ona aid olduğunu bildirib. Nəticədə mübahisə baş verib. Hacıyev Musayevi təklülə tüfənglə qətlə yetirib. Aydın Musayev "Kamaz" sürücüsü olub, Nəbi Hacıyev isə təqaüddə olan keçmiş polis işçisidir. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (ARB Şəki)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR