Hadisə Sabancının keçmiş sevgilisi ilə qalmaqalda

Hadisə Sabancının keçmiş sevgilisi ilə qalmaqalda
21:57 14 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Müğənni Hadisənin iş adamı Hakan Sabancı ilə sevgili olması xəbəri gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tərəflər bu münasibəti təsdiqləməsə də, Hadisə Hakanın keçmiş sevgilisi Aslışah Alkoçlarla üz-üzə gəlməli olub.

Aktrisa Hülya Koçyiğitin nəvəsi olan Aslışah da Hadisəyə söz ataraq müsahibələrdən birində "Türk müğənnilərinin tərzini bəyənmirəm" demişdi.

Hadisə də səssiz qalmayaraq sosial mediada "Susmağım əsalətimə görədir. Hər sözə veriləcək cavabım var. Lakin sözə baxaram, sözmüdür deyə. Bir də söyləyənə baxaram, adammıdır deyə" qeydini paylaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR