"Milan"ın transfer siyahısı hazırdır:

"Milan"ın səhmləri artıq tamamilə çinlilərə məxsusdur. Komandanın yeni sahibləri isə heyəti gücləndirmək barədə düşünürlər.

Metbuat.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" ilk növbədə baş məşqçi Vinçentso Montella ilə müqavilə müddətini yeniləyəcəklər. O cümlədən, Canluici Donnaruma, Mattea De Şilyo və Susonun da klubda qalmaq ehtimalları yüksəkdir.

Artıq transfer siyahısı da hazırdır. "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas, "Sassuolo"lu Lorentso Pelleqrini və Balde Keyta ("Latsio") "Milan"ın "radar"ına düşən futbolçulardır.

Komanda Pyer-Emerik Obameyanqla maraqlansa da, transferin həyata keçməsi real görünmür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR