"Arsenal" klub tarixində bir ilk etmək fikrindədir

"Arsenal" klub tarixində bir ilk etmək fikrindədir
22:32 14 Aprel 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" rəhbərliyi klubun tarixində ilk dəfə olaraq idman direktoru vəzifəsi təsis etmək üzərində düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "topçular" həmin vəzifəyə Mixael Zork (Borussia Dortmund) və Mark Overmarsın (Ajax) namizədliyini nəzərdən keçirir. Bunlardan futbolçu kimi "Arsenal"ın şərəfini qoruyan Overmarsın şansları daha yüksək qiymətləndirilir. 4 il ərzində London klubunun uğurları üçün çalışan 44 yaşlı Overmars 1998-ci ildə İngiltərə çempionu və Kubokunun qalibi olmuşdu. "Arsenal"da idman direktoru postunun yaradılması o deməkdir ki, Arsen Venqerin müqaviləsi uzadılacağı halda transfer məsələsində onun sözü əvvəlki kimi keçməyəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR