ABŞ hərbi komandanlığı Trampın razılığı olmadan Əfqanıstanı bombalayıb

Əfqanıstandakı ABŞ hərbi komandanlığı Donald Trampın razılığına ehtiyac duymadan İŞİD-in bölgədə məskunlaşdığı ərazilərə termonüvə bombası ilə zərbə endirib.

Pentaqondakı mənbənin məlumatına görə, əməliyyata rəhbərlik edən general Con Nikolson yanvardan bəri bölgədə olmasına baxmayaraq, təkbaşına qərar qəbul etmək səlahiyyətinə malikdir.

Məmurun sözlərinə görə, ABŞ hərbi komandanlığı Əfqanıstan əməliyyatı vasitəsilə Şimali Koreyaya təhlükə siqnalı göndərmək istəməyib.

Xatırladaq ki, ABŞ hökuməti cümə axşamı, İŞİD-in Əfqanıstakı mövqelərini vurmaq üçün ağırlığı 9,5 ton olan termonüvə mərmilərindən istifadə edildiyini açıqlamışdı.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR