İŞİD qeyri-nüvə bombasıyla bağlı açıqlama yaydı

İŞİD qeyri-nüvə bombasıyla bağlı açıqlama yaydı
00:18 15 Aprel 2017
140 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması ABŞ-ın ötən gün Əfqanıstanda istifadə etdiyi ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib.

Publika.az xəbər verir ki, qruplaşmanın bəyanatına əsasən, zərbə nəticəsində silahlılardan nə ölən, nə də yaralanan olubb.

Qeyd edək ki, ABŞ ötən gün döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. Ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.

Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR