"Eurovision-2017":

21 apreldə Rusiyada "Eurovision-2017" mahnı müsabiqəsi ilə əlaqədar keçirilməsi planlaşdırılan ziyafət gecəsi baş tutmayacaq.

Metbuat.az bildirir ki, bu barədə "Veqas Siti Holl"un mətbuat xidməti məlumat yayıb.

Daha öncə təşkilatçılar "Eurovision-2017"nin 9 iştirakçısının ziyafət gecəsində səhnəyə çıxacağını açıqlamışdılar. Avropa Yayım İttifaqı (EBU) ilə yaranan problemdən sonra isə bir neçə ölkənin nümayəndə heyəti yalnız Rusiya səsverməyə buraxılacağı təqdirdə, 21 apreldə keçiriləcək partiyə qatılacaqlarını bildirmişdilər.

Qeyd edək ki, Avropa Yayım İttifaqı (EBU) aprelin 13-də Rusiyanın "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etməyəcəyini rəsmən təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR