Mikroavtobus qəzaya düşdü, yaralanan var

Mikroavtobus qəzaya düşdü, yaralanan var
00:54 15 Aprel 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Gornaboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Ağcakənd-Goranboy marşurutu üzrə sərnişin daşıyan “QAZel” markalı mikroavtobusla “VAZ-2107” toqquşub. Qəza zamanı “QAZel” də olan Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səadət Səyyas qızı müxtəlif bədən xəsarətləri alaraq  Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR