Sabiq baş məşqçi: Heyvandılar

Sabiq baş məşqçi: Heyvandılar
02:49 15 Aprel 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Fransa yığmasının sabiq baş məşqçisi Raymon Domenek Avropa Liqasının 1/4 final mərhələsində keçirilən "Lion" - "Beşiktaş" matçında baş verənlərə münasibət bildirib. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşmadan əvvəl meydana axın edən azarkeşlərin ünvanına təhqir yağdırıb.

 

O, həmin şəxsləri vəhşi adlandırıb: "Bu problemə bir çarə tapmaq lazımdı. Bunlar heyvandılar, vəhşidilər. Bu hərəkətlər cinayətdi. 1000-dən çox polis və asayiş keşikçiləri var və buna rəğmən istədiklərini edirlər. Meydana səs bombaları və məşəllərlə girirlər. Artıq dəfələrlə bu xoşagəlməz hadisənin şahidi olmuşuq. Bu insanları əvvəlcə cəmiyyət içində alçaltmaq, sonra layiq olduqları cəzanı vermək lazımdı".

 

Qeyd edək ki, qarşılaşmadan əvvəl tribunalardan meydana 2000-ə yaxın azarkeş girdiyi üçün oyun 45 dəqiqə gec başlamışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR