ABŞ ən yeni qırıcı-bombardmançılarını Avropaya göndərir

ABŞ ən yeni qırıcı-bombardmançılarını Avropaya göndərir
03:39 15 Aprel 2017
152 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ yeni “F-35A Lightning II” tipli qırıcı-bombardmançı təyyarələrini Avropaya göndərəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.  

 

“ABŞ Hərbi-Hava Qüvvələri Avropada keçiriləcək təlimlərə məhdud sayda “F-35A Lightning II” təyyarələri göndərəcək. Təyyarələr ABŞ və NATO-nun digər təyyarələri ilə bir neçə həftə təlimlərdə iştirak edəcək”, -  deyə məlumatda bildirilir.  

 

Təyyarələr göndərilməsi avropalı müttəfiqlərə zəmanət proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram “Rusiyanın təcavüzkarlığı” ilə mübarizə aparmaq təşəbbüsü ilə çıxış etmiş Barak Obama administrasiyası tərəfindən irəli sürülüb.   

 

“F-35”  təyyarələri 2020-ci illərin əvvəllərindən etibarən Avropada daimi əsasda yerləşdiriləcəklər.

 

Vaşinqton bir neçə ildən sonra İŞİD-lə mübarizə çərçivəsində Yaxın Şərqdə də “F-35” təyyarələrini yerləşdirmək niyyətindədir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR