Pentaqon nəyə görə ən güclü bombadan istifadə etməsini açıqladı

Pentaqon nəyə görə ən güclü bombadan istifadə etməsini açıqladı
04:34 15 Aprel 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Pentaqon Əfqanıstanda ən güclü bombadan istifadənin səbəbini açıqlayıb

 

Amerikalı hərbçilər İŞİD-in Əfqanıstandakı tunellərinə qarşı  ən güclü qeyri-nüvə bombadan istifadə olunmasını zəruri  hesab edirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  “GBU-43/B” bombasının atılmasına həsr olunan  mətbuat konfransında ABŞ ordusunun Əfqanıstandakı komandanı general Con Nikolson deyib: “Taktiki nöqteyi-nəzərdən bombadan lazımi məqamda və doğru hədəfə qarşı istifadə edilib”.

 

Bununla belə, Nikolson əmrin kimin tərəfindən verilməsinə dair suala cavab verməkdən boyun qaçırıb.   

 

O əlavə edib ki, dinc sakinlər arasında itkilərin qarşısını almaq məqsədi ilə əməliyyata hazırlıq Əfqanıstan hakimiyyəti ilə birgə keçirilib.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR