Miqrant axını davam edir: dənizdə 2000 miqrant xilas edildi

Miqrant axını davam edir: dənizdə 2000 miqrant xilas edildi
05:59 15 Aprel 2017
156 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 14-də Aralıq dənizində silsilə əməliyyatlar nəticəsində  2000-dən çox miqrant xilas edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, gün ərzində, ümumilikdə, 19 xilasetmə əməliyyatı keçirilib.  

 

“Sərhədsiz həkimlər” təşkilatının məlumatına görə, qayıqlardan birində ölmüş yeniyetmənin cəsədi aşkarlanıb.

 

“Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR