Windows Vista-nın sonu çatır

Windows Vista-nın sonu çatır
07:12 15 Aprel 2017
Ölkə mətbuatı
A- A+

11 aprel 2017-ci il tarixində "Microsoft" korporasiyası "Vista" əməliyyat sisteminin dəstəyini rəsmən dayandırıb. Şirkət dəfələrlə bu sistemi öz tarixində ən uğursuz platforma adlandırıb. Bundan sonra sözügedən əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələri çıxarılmayacaq, həmçinin tapılmış səhv və nasazlıqlar aradan qaldırılmayacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2007-ci ilin yanvarında istifadəçilərin ixtiyarına verilmiş "Windows Vista" əməliyyat sistemi populyar "XP" platformasını əvəz edib. Yeni əməliyyat sistemi güclü elektron içliyə malik kompüter tələb edirdi. O dövrdə çox az kompüter "Vista" sisteminin xüsusi effektlərini göstərə bilirdi. Bundan başqa, bu və ya digər əməliyyatın edilməsinə icazə istəyən "User Account Control" funksiyası istifadəçiləri qıcıqlandırırdı. Buna görə istifadəçilər "Windows XP" platformasına üstünlük verirdilər, 2 il sonra isə yeni "Windows 7" sistemindən istifadə etməyə başlayıblar. 2017-ci ilin martına olan statistikaya görə, fərdi kompüterlərin 0,72%-i "Vista" sistemi ilə işləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR