Bakıda maşın körpüdən aşıb, sürücü ağır yaralanıb

Bakıda maşın körpüdən aşıb, sürücü ağır yaralanıb
08:22 15 Aprel 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonunda minik avtomobili körpüdən yerə aşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1995-ci il təvəllüdlü Vəliyev Şəhriyar Kərrar oğlu Lökbatan qəsəbəsində, "Meyvəli Bazar" yaxınlığındakı körpüdə idarə etməni itirərək "Mercedes" markalı avtomobilini yerə aşırıb.
Nəticədə Ş.Vəliyev avtomobilin salonuna sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü avtomobilin salonundan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR