Qadınlar üçün zirehli gödəkcə yaradıldı

Qadınlar üçün zirehli gödəkcə yaradıldı
08:27 15 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Rusiyalı mütəxəssislər qadınlar üçün nəzərdə tutulmuş unikal zirehli gödəkcə yaradıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni gödəkçə vasitəsilə hüquq-mühafizə orqanlarında xidmət edən zərif cinsin nümayəndələrinin təhlükəsizliyini gücləndirmək mümkün olacaq.
 
"Hazırda hüquq-mühafizə orqanlarında işləyən qadınların sayı əhəmiyyətli dərəcədə artıb. Bununla əlaqədar olaraq, zərif cinsin nümayəndələri üçün xüsusi müdafiəsi məsələ gündəmə gəlib. Hazırda yeni zirehli gödəkçənin "Liqa" adlanan ilk prototip mövcuddur. Artıq bu tərtibat son sınaqlardan keçirilir", - deyə tərtibatçılar bildirib. Onların sözlərinə görə, hazırda şəxsi müdafiə üzrə dünya bazarı təxminən 1,9 milyard dollar dəyərində qiymətləndirilir. Yaxın 10 il ərzində bu rəqəm 50 faizdən çox artacaq.
 
Zirehli gödəkcənin hazırlanması ilə Rusiyanın Polad Elmi-Tədqiqat İnstitutu məşğul olub. Mütəxəssislərin sözlərinə görə, geyim zərif cinsin nümayəndələrinin bədən formasını təkrarlayacaq ki, bu da onu daha rahat edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR