Şüvəlan pansionatında bıçaqlanma

Şüvəlan pansionatında bıçaqlanma
08:38 15 Aprel 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində yerləşən Energetika pansionatında qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Hüseynov Qorxmaz Fuad oğlu naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları onun kim və ya kimlər tərəfindən bıçaqlandığını araşdırır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR